image-n1karobka_ads
image-123
image-1762712404408788932_1200x630backend

Azərbaycanın turizm imkanları Körfəz ölkələrində tanıdılır – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən “Roadshow 2025” tədbiri çərçivəsində ölkəmizin turizm potensialı bu gün əl-Küveyt şəhərində təqdim olunub. Tədbir noyabrın 13-dək davam edəcək.

Doğru.az xəbər verir ki, tədbirdə Azərbaycanın turizm şirkətləri, otellərin nümayəndələri və Turizm Bürosunun əməkdaşları yerli turizm şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Həmçinin, 100-ə yaxın yerli şirkət Azərbaycan turizm məhsulları, imkanları və ölkəyə turistlərin gəlməsini asanlaşdıran tədbirlər barədə məlumatlandırılıb.

“Roadshow 2025” çərçivəsində növbəti təqdimatlar Doha, Məsqət, Əbu-Dabi və Dubay şəhərlərində keçiriləcək.

Tədbirdə iştirak edən “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qarayev KƏŞ ölkələri ilə turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və şirkətin Azərbaycanın yay və qış, müalicə və sağlamlıq turizmi imkanlarını təqdim etdiyini bildirib.

Azərbaycanın Küveytdəki səfirliyinin müşaviri Mirdavud Sultanov da tədbirdə iştirak edib.

DOĞRU.AZ

image-17627124045715853576_1200x630 image-176271240449735951_1200x630 image-17627124045685530427_1200x630image-17627124041206163539_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki