image-n1karobka_ads
image-123
image-1000245005backend

Azərbaycanlı məktəbli Avropa çempionu oldu – VİDEO

image-ad_qayo_720x110px

23–27 iyul 2025-ci il tarixlərində Serbiyanın Zlatibor şəhərində təşkil olunan Məktəblilərin Avropa birinciliyi Azərbaycan idmanı üçün tarixi uğurla yadda qalıb. Yarışda ölkəmizi təmsil edən Azərbaycan milli komandasının üzvü, 66 kq çəki dərəcəsində mübarizə aparan istedadlı boksçumuz Müseyibli Nurlan bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb.

Doğru.az xəbər verir ki, Nurlan Müseyiblini bu zirvəyə aparan yol asan olmayıb. Çempionat boyunca bir-birindən güclü rəqiblərlə qarşılaşan gənc idmançı yüksək texnika, taktiki dəqiqlik və döyüş əzmi ilə seçilərək hər görüşdə üstünlüyünü nümayiş etdirib. Onun bu möhtəşəm çıxışı yalnız Azərbaycan deyil, turnirdə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən də böyük maraqla qarşılanıb.

Qeyd edək ki, idmançımızın qazandığı bu uğurda onun şəxsi məşqçisi İlkin Seyfəddinovun da xüsusi rolu var. İlkin müəllim illərdir Nurlanla birgə çalışaraq onun fiziki hazırlığı, texniki təkmilləşməsi və peşəkar döyüşə psixoloji hazırlaşması istiqamətində əvəzsiz əmək sərf edib. Məhz bu sistemli və fədakar yanaşma nəticəsində Müseyibli Nurlan bu gün Avropanın ən güclü məktəbli boksçusu kimi tanınır.

Bu uğur bir daha sübut edir ki, Azərbaycan gəncliyi idman sahəsində də böyük potensiala malikdir. Müseyibli Nurlanın qələbəsi həm də gənclərimiz üçün nümunə, milli boksumuz üçün isə motivasiya mənbəyidir. Ümid edirik ki, bu cür qələbələr davamlı olacaq və Azərbaycan bayrağı beynəlxalq arenalarda daha çox dalğalanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki