image-2000x150px
image-123
image-ads_atlas
image-225ceb3e-3ee4-3878-b772-dd49de3df801_850backend

“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub

image-728x90px

“Azərişıq” ASC Kəlbəcər rayonunun Qamışlı kəndindəki obyektlərin enerji ilə təmin olunması üçün kabel xətlərinin çəkilməsi (1), Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması üçün Neftçala rayonunun Qaraqaşlı, Beşdəli, Cəngən və Ərəbqardaşbəyli kəndlərində (2), Cəlilabad rayonunun Buravar və Şatırlı kəndlərində, Neftçala rayonunun Mürsəlqulu kəndində (3) və Neftçala rayonunun Xolqaraqaşlı kəndində (4) elektrik xətlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

Tenderlərdən ilk 2-nin qalibi “Smart Energy Services” MMC, 3-cü tenderin qalibi “İntegras” MMC, 4-cü tenderin qalibi isə “İTES Company” QSC-dir.

Qalib şirkətlərə müvafi olaraq 3,41 milyon manat, 3,295 milyon manat, 2,977 milyon manat və 1,729 milyon manat, ümumilikdə isə 11,412 milyon manat ödəniləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki