Sentyabrın 2-də saat 23:00-dan etibarən Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Doğru.az xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən bildirilib ki, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Qeyd olunub ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır və mərhələli şəkildə tətbiq olunacaq.
Şirkət sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin anlayışına görə təşəkkürünü bildirir.
DOĞRU.AZ