image-2000x150px
image-123
image-ads_atlas
image-e01aa1ca9a3f5fac45beb863d1a9eb2bbackend

Bacısını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

image-728x90px

Ağcabədi rayonunda bacısını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Belə ki, sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki