Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın həyat yoldaşı Rafael Quliyev xanımını doğum günü münasibəti ilə təbrik edib.
“Bahar, birgə həyatımızın 24 ili ərzində mən həmişə sənin siyasi karyeranın kölgəsində qalmağa çalışmışam. Elə buna görə də səni ad günün münasibətilə yalnız ev şəraitində təbrik edirəm. Düşünürəm ki, bu “karantin” artıq geridə qalıb. Biz sübut etdik ki, əgər ailədə hər iki tərəf əsas məsələlərdə eyni düşünür və bir-birini dəstəkləyirsə, belə bir ailə tandemi almazdan da möhkəm olur. Allah həyatımızdan nəyisə silirsə, deməli, tezliklə onun yerinə daha yeni və daha işıqlı bir şey yazacaq. Səninlə həyatımı bağladığım üçün xoşbəxtəm. Bu sözləri deməkdən çəkinmirəm, çünki bundan sonra deyəcəklərim sənin xarakterinin yalnız kiçik bir hissəsidir. Sənin fəaliyyətində qarşılaşdığın və köklü şəkildə həll etdiyin problemləri məndən yaxşı heç kim bilməz. Sən öz sahən üzrə beynəlxalq forumlarda ölkəmizi böyük uğurla təmsil edirsən. Heç vaxt kiməsə ölkəmizi və onun siyasətini ləkələməyə imkan vermirsən. Səni ad günün və bahar bayramı münasibətilə təbrik edirəm, halbuki sən özün elə “Bahar”san. Allah sənə sağlam və uzun ömür versin, Vətənimiz – Azərbaycan naminə.
Ümid edirəm ki, bu paylaşımı oxuyanlar fikirlərimi ifadə edərkən bəzi sərbəstliklərimə görə məni bağışlayar. Yazdıqlarım Bahar xanımın müsbət keyfiyyətlərinin yalnız kiçik bir hissəsidir”.
DOĞRU.AZ



























