image-n1karobka_ads
image-123
image-img-20240524-wa0154backend

“Bakı EduEXPO-2024”ün  rəsmi açılış açılış mərasimi baş tutdu – FOTO

Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Baku Design Academy-nin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə “Bakı EduEXPO” Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçirildi. 

Doğru.az xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

Sərginin rəsmi açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, ADA universitetinin prorektoru Fariz İsmayılov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əsgərov çıxış etdilər.

Qeyd edək ki, sərgi çərçivəsində 30-a yaxın şirkət stendlərdə təmsil olunurdu. ADA Universiteti, 4SİM, Avropa Azərbaycan Məktəbi, Bakı Modern Təhsil Mərkəzi, Step İT, Handex, Holberton school, Edu Company, Miniboss, Maarif Məktəbi, Sahibkarlıq Akademiyası, Edumax, Fiday Uşaq İnkişaf Mərkəzi, Kapital Bank, İnsun Yaşam Mərkəzi, Ametis Train Brain, Hədəf Kursları, Final Dershaneleri, Sabah Hub, Wunderkids, Cığır İctimai Birliyi, Baku Design Academy, Brandmedia, Nescafe, 50 Qəpik, Süfrə şirkətləri təmsil olunurdu.

Qeyd edək ki, sərgidə ümumilikdə 8000-ə yaxın ziyarətçi iştirak edib.

DOĞRU.AZ

image-img-20240524-wa0146 image-img-20240524-wa0140 image-img-20240524-wa0142 image-img-20240524-wa0144 image-img-20240524-wa0148 image-img-20240524-wa0150 image-img-20240524-wa0152

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki