“Vaqonlarından birində nasazlıq ehtimalı olduğu üçün sərnişinlər metronun “Ulduz” stansiyasında düşürülüblər”.
Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, bildirib ki, nəticədə intervalda gecikmə yaranıb:
“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər metronun “Ulduz” stansiyasında düşürülüblər. Qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib”.
DOĞRU.AZ