image-n1karobka_ads
image-123
Bakı Uşaq və Gənclər Teatrının “Sözün nizamı” festivalı davam edirbackend

Bakı Uşaq və Gənclər Teatrının “Sözün nizamı” festivalı davam edir

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Bakı Uşaq və Gənclər Teatrı “Sözün nizamı” adlı bədii qiraət festivalı keçirir. “Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan sayca beşinci festival dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edirlər. Aktyorlar tərəfindən təqdim olunan videomateriallar Bakı Uşaq və Gənclər Teatrının “Youtube” kanalında (https://bit.ly/3bjk4Jv) yerləşdirilir.
Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndiriləcək.

Festivala 10 mart – Milli Teatr Günündə yekun vurulacaq.  

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki