image-2000x150px
image-123
image-ads_atlas
image-a53866db-ea98-3a1f-9db8-38465d27490d_850backend

 Bakıda 12 il əvvəl adam öldürən şəxs məhkəmə zalından azadlığa buraxıldı

image-728x90px

Bakının Yasamal rayonunda 12 il əvvəl ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinən Telman Məcidova hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin cinayətinin üstündən 12 il vaxt keçməsi səbəbindən o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Bu iş üzrə həmin il istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını başa vurandan sonra noyabrın 18-də qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vurub. Qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Telman Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki