image-ads_n1karobka_mobile
image-imagesbackend

Bakıda 26 yaşlı gənci avtomobil vurub

Bakının Nizami rayonunda 26 yaşlı oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

  1996-cı il təvəllüdlü İbrahimov İbrahim Rüstəm oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki