image-2000x150px
image-123
image-ads_atlas
image-ad40513d-da0b-3674-b398-92821b705ec0_850backend

Bakıda 74 yaşlı sürücü piyadanı vuraraq öldürüb

image-728x90px

Bakıda 74 yaşlı avtomobil sürücüsü piyadanı vuraraq öldürüb.

Hadisə sentyabrın 20-də paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Məmmədağa Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Salman Sadiqovu vurub. Nəticədə piyada aldığı xəsarətdən evində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki