image-2000x150px
image-123
image-ads_atlas
image-633cf4531de66633cf4531de671664939090633cf4531de64633cf4531de65backend

Bakıda altı avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

image-728x90px

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

VAZ-2107 markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb.

Talıbova məxsus avtomobil yol kənarında dayanan BMW və “Mercedes-Benz” markalı avtomobillərə dəyərək dayanıb. VAZ-2107 isə aşaraq yol kənarında dayanan KİA və BMW markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, VAZ-da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıblar.

Sürücülərin sözlərinə görə, VAZ-ı idarə edən şəxs avtoxuliqanlıq edib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Sürücülərin izahatları alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib./APA

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki