image-2000x150px
image-123
image-ads_atlas
image-8e076f68-de17-382b-a271-8cd79f6a2a08_850backend

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılır

image-728x90px

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin ibtidai istintaqı başa çatıb.

Iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib.

Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki