İyulun 25-dən etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada bilərlər.
Doğru.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Mövcud boşluqlar olduqda növbələr sorğuya çevriləcək və bu proses minimum beş gün sonra baş tutacaq. Sorğuya çevrilmiş müraciət üzrə valideynlər yeddi gün ərzində sənədləri təqdim etməlidirlər. Əks halda müraciət sistemdən silinəcək və növbədə olan digər uşağın qəbulu həyata keçiriləcək.
Valideynlər 2025–2026-cı tədris ili üçün www.bq.edu.az saytına daxil olaraq elektron kabinet yarada bilərlər.
Qeyd olunub ki, ötən il yaradılmış növbə və sorğular arxivləşdirilib və bu il üçün keçərli deyil.
DOĞRU.AZ