image-2000x150px
image-123
image-ads_atlas
image-16637444094817615736_367x266backend

Bakıda “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbir keçirilir – FOTO

image-728x90px

Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL sentyabrın 21-də ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirir. Tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edəcək.

PROSOL şirkəti tərəfindən ölkəmizdə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan ikinci tədbir olsa da, kifayət qədər beynəlxalq diqqət çəkməyi bacarıb.

Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin “Nozomi”, “CheckPoint”, “SocRadar”, “Crowdstrike”, “Palo Alto Networks”, “Avnon Group”, “Nubs Group”, “Agritask”, “Pyramid Analytics”, “See Security”, “MONT”, “Elcore”, “Bakotech”, “Softprom” kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək.

“Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” başlığı altında təşkil olunacaq tədbirdə 7 fərqli panel üzrə müzakirələr baş tutacaq.

Panellər yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri ilə formalaşacaq.

image-16637444311018811999_750x500 image-16637444312495523276_750x500 image-16637444311422264220_750x500 image-16637444311848248305_750x500 image-16637444312919043050_750x500 image-16637444312165212140_750x500 image-1663744431446095366_750x500 image-1663744431345766927_750x500 image-1663744431205421687_750x500

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki