Bakının bir neçə əsas yolunda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Doğru.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Sıxlıq aşağıdakı ərazilərdə qeydə alınıb:
1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionu qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissədə.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ