image-ads_n1karobka_mobile
image-1655701524_ticaxbackend

Bakıda bir sıra yollarında sıxlıq yaranıb

Doğru.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən alınan məlumata görə, hazırda paytaxtın bir sıra ərazilərində nəqliyyatın hərəkətində tıxac müşahidə olunur.

Sıxlıq olan yollar və istiqamətlər:

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

Heydər Əliyev prospekti, əsas və köməkçi yol, mərkəz istiqamətində;

Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətinə;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində.

Sürücülərə alternativ yollar seçmək tövsiyə olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki