image-n1karobka_ads
image-123
image-img-20251117-wa0117backend

Bakıda “Çin Ziyarətçiləri Sammiti” keçirilib – FOTO

image-ad_qayo_720x110px

Noyabrın 17-də Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ilk dəfə “Çin Ziyarətçiləri Sammiti” keçirilib.

Doğru.az xəbər verir ki, tədbir Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Prezident İlham Əliyevin Çin səfəri çərçivəsində əldə olunan razılaşmalar turizm sahəsində yeni mərhələ açıb. Hazırda Azərbaycan və Çin arasında “China Ready” konsepsiyasının tətbiqi və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsi əsas istiqamətlərdədir.

Çin səfiri Lu Mey çıxışında qeyd edib ki, Çin-Azərbaycan münasibətləri 1992-ci ildən etibarən dinamik inkişaf edir və turizm bu əlaqələrin mühüm sahələrindən biridir. O, tədbirin praktiki əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

Sammit çərçivəsində Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli şirkətlər arasında B2B görüşlər təşkil olunub, Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlər planlaşdırılıb. 2024-cü ildə Çindən Azərbaycana səfər edənlərin sayı 44 798 nəfər olub, 2025-ci ilin yanvar-oktyabr aylarında isə bu rəqəm 57 000-dən çoxa çatıb.

Son iki ildə Çinlə turizm əməkdaşlığının genişləndirilməsi üçün müxtəlif platformalarda tanıtım tədbirləri və media kampaniyaları həyata keçirilib, 2025-ci ildə daha geniş təqdimat və tanıtım fəaliyyətləri planlaşdırılır.

DOĞRU.AZ

image-img-20251117-wa0097 image-img-20251117-wa0109 image-img-20251117-wa0111 image-img-20251117-wa0113 image-img-20251117-wa0115 image-img-20251117-wa0119 image-img-20251117-wa0123 image-img-20251117-wa0121 image-img-20251117-wa0127 image-img-20251117-wa0131 image-img-20251117-wa0129 image-img-20251117-wa0137 image-img-20251117-wa0135 image-img-20251117-wa0133 image-img-20251117-wa0139

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki