image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-11backend

Bakıda daha 14 narkokuryer saxlanılıb: Xaricə işləyirmişlər – FOTO/VİDEO

image-728x90px

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı ilə məşğul olan və qanunsuz olaraq üzərində odlu silah-sursat gəzdirən daha 14 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə dörd kiloqram narkotik vasitə və psixotrop maddə, bir ədəd “Naqan” markalı tapança və altı ədəd patron aşkar olunub.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıblar. Elvin Məmmədovun üzərindən bir ədəd “Naqan” markalı tapança, altı ədəd patron və külli miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə bir kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qeyd edilən dövr ərzində həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “Instagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki