image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-92backend

Bakıda daha bir binanın sonuncu mərtəbəsinə eyvan inşa edildi – FOTO

image-728x90px

Bakı şəhərində binanın sonuncu mərtəbəsinə binaya eyvan inşa edilib.

Eyvan Nizami rayonunda yerləşən doqquzmərtəbəli binaların birində artırılıb.

Belə ki, tikinti qaydalarına zidd olaraq binanın sonuncu mərtəbəsinə əlavə eyvan artırılıb.

Artırılmış eyvanın şəkillərini sosial şəbəkə istifadəçisi Şirzad Səmədov paylaşıb.

Məsələ barədə Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Babək prospekti, 95 ünvanında yerləşən bina 1985-ci il inşa edilib və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmayan yaşayış binasıdır:

“Belə ki, sözügedən bina “147” Mənzil Tikinti Kooperativinə məxsusdur və araşdırma zamanı fotoda göstərilən artırma işlərinin uzun illər öncədən aparıldığı müəyyən olunub. Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, Kooperativdə yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi üzvlərin ümumi yığıncağında seçilən kooperativin idarə heyəti və (və ya) onun sədri tərəfindən həyata keçirilir”.

Vətəndaşın öz rahatlığını ön plana çıxarmaqla atdığı bu addım binanın konstruksiyasına zərər vurur. Bu isə tək həmin şəxsin yox, orada yaşayan sakinlərin həyatı üçün real təhlükə yaradır.

Qeyd edək ki, bir müddət əvvəl də Səbail rayonunda yerləşən çoxmərtəbəli binaların mansardına eyvan artırılmışdı. Saytımızda həmin görüntülər işıqlandırıldıqdan sonra, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib.

Daha sonra Səbail Rayon İcra Hakimiyyəti (RİH) və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəlib və yekunda eyvan sökülüb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki