image-2000x150px
image-123
image-ads_atlas
image-32009_vpcqrub82pbackend

Bakıda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

image-728x90px

Binəqədi rayonunda evlərdən pul, qızıl-zinət əşyaları, telefon aksesuarları oğurlamaqda şübhəli bilinən şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10 min manat, 15 min ABŞ dolları və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 500 manat pul və içərisində 890 manat dəyərində geyim əşyaları və telefon aksesuarları olan çantanı oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini N.Gəncəliyeva rayon polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.

Həmin qəsəbədəki mənzillərin birindən bu il avqustun 20-dən oktyabrın 6-dək olan müddətdə 28 min manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub. 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki