image-n1karobka_ads
image-123
image-azedu-az_285634135_768419684148775_8189662209781438735_n_125backend

Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində təhsil alan 125 mindən çox şagird üçün Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

İdarədən Doğru.az-a bildirilib ki, tədris ili ərzində 2 dəfə keçirilən monitorinqin nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki