image-n1karobka_ads
image-123
image-fotojet-2022-11-25t001810-285backend

Bakıda “Jeep” yük avtomobilinə çırpıldı – FOTO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı Beynəlxalq Avtovağzalının arxa yolunda qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobilin sürücüsü “KamAZ” markalı yük maşınını sağdan ötmək istəyərkən qəza törədib.

Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobili deformasiyaya uğrayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki