image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-04-14t095409-593backend

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs ƏLƏ KEÇDİ – FOTO

image-728x90px

Bakıda “Kalaşnikov” markalı avtomat və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.

Sabunçu rayonu Ramana qəsəbəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Polis İdarəsinə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub.

İdarənin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.

Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki