image-2000x150px
image-123
image-ads_atlas
image-2023-02-15_10-44-22backend

Bakıda kilsədə “Tanrının Təqdimatının Troparionu” Azərbaycan dilində oxundu – VİDEO

image-728x90px

Bu gün xristianların ən qədim və vacib pravoslav bayramlarından biri – Həzrət İsanın Məbədə Təqdimatı günüdür.

Bütün dünyada olduğu kimi, Azərbaycan xristianları tərəfindən də təntənəli şəkildə keçirilən bu mərasim Bakıdakı kilsələrin birində özünəməxsus formada qeyd olunub. Belə ki, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında (“Jen Mironosits” pravoslav kafedral kilsəsi) bu gün münasibətlə “Tanrının Təqdimatının Troparionu” Azərbaycan dilində oxunub.

Təşəbbüs sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Elə bil səmanı Azərbaycan xalçaları ilə bəzəyiblər”, “Necə də gözəldir!..”, “Azərbaycanca dualar eşitmək möhtəşəmdir. Rəbb sizi qorusun”, – kimi sözlərlə inanclılar öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İncil hekayəsinə görə, İsanın anadan olmasının qırxıncı günü Məryəm körpəni, Əhdi-Ətiq adətinə uyğun olaraq, Allaha həsr etmək üçün Qüdsdəki məbədə gətirir. Məbəddə onları ağsaqqal Şimeon qarşılayır. Şimeonun və körpə İsanın görüşü bəşəriyyətin Allahla görüşünün simvolu sayılır.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki