image-2000x150px
image-123
image-ads_atlas
image-imagesbackend

Bakıda meyitləri tapılan 4 nəfərin 6 gün əvvəl öldüyü ehtimal olunur 

image-728x90px

Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.

Hadisə baş verən ərazidə yaşayan sakin Əsgər İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər mənzilə 10 gündür kirayəçi kimi köçüblər:

“Onlardan birini tanıyırdım. Ev sahibinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. Bu gün ev sahibi kirayə müqaviləsinə görə mənzilə gəlib və evin qapısının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb. Daha sonra ev sahibi polisə məlumat verib”.

Sakin qeyd edib ki, meyitlər tanınmaz halda olublar:

“2022-ci ilin dekabrın 31-də hadisənin olduğu deyilir”.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil veriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki