image-2000x150px
image-123
image-ads_atlas
image-dd05be6a4ab7e21d28f098b37686d0c537backend

Bakıda minik və yük avtomobilləri toqquşdu: Ölən və yaralananlar var

image-728x90px

Bakı-Qazax şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində – Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi VAZ-21014 markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin – 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki