image-2000x150px
image-123
image-ads_atlas
image-b7b510ef42f3559d65b1e5019ed7ea85backend

Bakıda narkoşəbəkə üzvləri aşkarlanıb, saxlanılanlar var

image-728x90px

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb.

Bu barədəDoğru.Az“-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər – Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki