Bakıda restoranda qardaşlar dava salıblar.
Hadisə oktyabrın 6-sı saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Şuşa qalası” restoranında qeydə alınıb.
Belə ki, Məmmədov Təbriz Əmirxan oğlu qardaşı Nicat Məmmədovla birlikdə restoranda Mustafayev Sirac Xeyrulla oğluna yumruq və təpiklə xəsarətlər yetirərək xuliqanlıq ediblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
DOĞRU.AZ