image-n1karobka_ads
image-123
image-qebackend

Bakıda taksilər toqquşdu, yaralı var – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İlqar Cümşüdov və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, “Toyota” markalı avtomobili idarə edən sürücü qəfil eyni istiqamətdə hərəkətdə olan eyni markalı avtomobilin qarşısına çıxıb.

Toqquşma o qədər güclü olub ki, idarəetmədən çıxan “Toyota” yolayrıcı betona, daha sonra yol nişanına çırpılaraq dayanıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı avtotexniki ekspertiza təyin./APA

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki