image-n1karobka_ads
image-123
image-1085594backend

Bakıda tanınmış şadlıq sarayında ölüm

image-ad_qayo_720x110px

Bakıda şadlıq evində keçirilən toy mərasimi zamanı ölüm hadisəsi baş verib.

Hadisə Xətai rayonu, M.Hadi küçəsi 152-də yerləşən “Təbrik” şadlıq sarayında qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü T.Aslanov saat 21 radələrində şadlıq sarayında keçirilən məclisdə olarkən qəfil özünü pis hiss edib.

Dərhal təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin müayinə zamanı 38 yaşlı şəxsin ürəktutmadan vəfat etməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki