Milli Hidrometeorologiya Xidməti oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.
Doğru.az xəbər verir ki, Xidmətin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xızı, Xaçmaz, Qusar, Qobustan və Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.
DOĞRU.AZ




























