image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-12-12t015519-398backend

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB + FOTO

image-728x90px

Bakıda Azadlıq prospekti 18 ünvanında baş verən yanğın söndürülüb.

 

Məlumata görə, alovun binada yerləşən mənzillərə keçməsinin qarşısı alınıb.

01:55

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Hadisə Azadlıq prospekti ilə Dilarə Əliyevə küçəsinin kəsişməsində yerləşən yaşayış binasında başlayıb. Binanın girişindəki məişət tullatıları konteynerində başlayan yanğın elektrik kabellərinə keçib. Yanğın nəticəsində su boruları partlayaraq həyətə girişi məhdudlaşdırıb.

Yanğın baş verən binaya elektrik, qaz və su verilişi dayandırılıb.

Hadisə yerində FHN-in yanğınsöndürən komandası işləyir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki