image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-66backend

Bakıda yaşayış binasında güclü partlayış olub, ölən var – YENİLƏNİB + CANLI YAYIM + FOTO

image-728x90px

Bakının Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə Baku TV-nin ərazidə olan müxbiri məlumat verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən   verilən məlumata görə, bir nəfərə də sağ ayağın, başın sıyrılmış yarası səbəbi ilə yerində tibbi yardım göstərilib.

16:33

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması ilə bağlı açıqlama verib.

Qurumdan  bildirilib ki, hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb olunub:

“Hazırda iki nəfər təxliyə olunur”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür:

“İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub”.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə “112” qaynar telefon xəttinə Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib. Əlavə məlumat veriləcək”.

16:09

Binəqədi rayonunda yaşayış binasında güclü partlayış olub.

Hadisə Cavadxan küçəsində baş verib.

Hadisə nəticəsində ölən olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə xidmətinin müvafiq qüvvələri cəlb olunublar.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki