image-n1karobka_ads
image-123
image-bakikartbackend

Bakıkart ləğv olunacaq? – RƏSMİ CAVAB

image-ad_qayo_720x110px

Son günlər bəzi sosial şəbəkələrdə və onlayn platformalarda paytaxt metrosu və ictimai nəqliyyatda istifadə olunan BakuKart kartlarının ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.

Milli.Az-ın sorğusuna cavab olaraq, “BakuKart” sisteminin operatoru K Group MMC yayılan məlumatları əsassız hesab edib. Şirkət bildirir ki, BakuKart sistemi tam fəaliyyət göstərir və kartların ləğvi ilə bağlı heç bir qərar və ya plan yoxdur.

Operator əlavə edib ki, BakuKart sistemi müasir texnologiyalarla təkmilləşdirilir və istifadəçilərə daha rahat ödəniş seçimləri təqdim olunur. Yeni sistem sayəsində vətəndaşlar səyahət xərclərini yalnız BakuKart plastik kartı ilə deyil, həm də bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, Apple Pay və Google Pay vasitəsilə ödəyə bilərlər.

Qeyd olunur ki, ötən il bütün metro stansiyalarında və avtobus marşrutlarında nağdsız ödəniş sistemi tam şəkildə aktivləşdirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki