Bakıda bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Doğru.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda yollardakı vəziyyəti açıqlayıb. Sıxlıq müşahidə olunan yollar bunlardır:
1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətinə;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.
Sürücülərə və piyadalara tövsiyə olunur ki, yollarda hərəkət edərkən diqqətli olsunlar və alternativ marşrutlardan istifadə etsinlər.
DOĞRU.AZ