image-n1karobka_ads
image-enyh8mvtqxnw0egixywlkj0a2cgimh4e3jsr0xprbackend

Bakının bu ərazilərində fevralın 20-dək su olmayacaq – XƏBƏRDARLIQ

Bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında fərdi yaşayış evi inşa olunduğu üçün diametri 500 mm olan magistral su xəttində qəza baş verib.

Qəzanın aradan qaldırılması və yeni xəttin çəkilməsi üçün görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD – NZS qəsəbəsinə suyun verilməsində fasilə olacaq.

Sakinlərə bu müddət ərzində su maşınları ilə xidmət göstəriləcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki