image-2000x150px
image-123
image-ads_atlas
image-img_8379backend

Bakının yeni metro stansiyasında tikinti və quraşdırma işləri başa çatdı

image-728x90px

Bakı metropoliteninin “Xocəsən” elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.

Bunu   açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri aparılır.

“Hazırda stansiya və depoda inşaat işləri tam olaraq yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərin əksəriyyəti öz həllini tapıb. Sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir”.

Xatırladaq ki, “Xocəsən” elektrik deposu və “Xocəsən” yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki