image-2000x150px
image-123
image-ads_atlas
image-334885325_596915558606931_7549961004202518968_nbackend

“Barselona”nın futbolçusu İtaliya klubuna keçə bilər

image-728x90px

“Barselona”nın futbolçusu Frank Kessie İtaliya A Seriyasına qayıda bilər.

“La Gazzetta dello Sport”un xəbərinə görə, “İnter” Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Milan klubu oyunçunu satınalma hüququ ilə icarəyə götürmək üçün təklif hazırlayır. “Nerazzuri” bu keçidi təxminən 30 milyon avroya tamamlamaq istəyir.

Qış transfer pəncərəsində İspaniya klubu Kessienin Marselo Brozoviçlə dəyişdirilməsini təklif etsə də, mübadilə baş tutmayıb. Hazırda “İnter” xorvatiyalını göndərmək istəyir. Ancaq Kessie transferində ondan istifadə edilməyəcək.

Xatırladaq ki, 26 yaşlı futbolçu 2022-ci ilin yayında “Milan”dan azad agent kimi “Barselona”ya keçib. O, bu mövsüm Kataloniya klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki