image-n1karobka_ads
image-123
image-1756119929424899934_1200x630backend

Baş prokuror işğaldan azad edilmiş rayonlara səfər edib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 21-22 avqust tarixlərində işğaldan azad edilmiş ərazilərə işgüzar səfər çərçivəsində Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub.

Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində olub. Burada o, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin hörmətlə anıb.

Daha sonra Kamran Əliyev Laçın Rayon Prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti mənzillərə baxış keçirib.

Səfər çərçivəsində Baş prokuror Qubadlı rayon və Qubadlı Hərbi Prokurorluğunun xidməti binasında mövcud vəziyyətlə tanış olub, eləcə də, istifadəyə verilməsi planlaşdırılan yeni inzibati binanın təmiri prosesi ilə maraqlanıb.

Səfər çərçivəsində Kamran Əliyev Cəbrayıl Rayon Prokurorluğunun inzibati binasında prokurorluq əməkdaşlarının iş şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.

Baş prokuror səfər zamanı, həmçinin Kəlbəcər Hərbi prokurorluğu və Kəlbəcər Rayon Prokurorluğunun inzibati binalarında yaradılan iş şəraiti ilə də tanış olub, əməkdaşlarla görüş keçirib.

Qeyd edək ki səfər zamanı Baş prokuror Kamran Əliyevi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluq və Hərbi Prokurorluğun rəhbər heyəti müşayiət edib.

DOĞRU.AZ

image-17561199294508033292_1200x630 image-17561199296473422254_1200x630 image-1756119929394156404_1200x630 image-1756119929677929382_1200x630 image-17561199292560354540_1200x630 image-17561199292153518277_1200x630 image-17561199291269044738_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki