Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev avqustun 15-də Xaçmaz Rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.
Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinə (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrələri, contact@prosecutor.gov.az elektron poçt ünvanı və prokurorluğun sosial şəbəkə hesabları (İnstaqram, Feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
DOĞRU.AZ