image-n1karobka_ads
image-123
image-kamran_aliyev_171221backend

Baş prokuror Yasamal rayon sakinlərini qəbul edəcək

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunması məqsədilə Baş prokuror Kamran Əliyev sentyabrın 5-də Yasamal Rayon Prokurorluğunun inzibati binasında qəbul keçirəcək.

Doğru.az xəbər verir ki, qəbul saat 10:00-da başlayacaq və Yasamal rayon sakinlərinin hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri, materiallar və prokurorluq orqanlarının fəaliyyətinə dair müraciət və şikayətləri dinləniləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar qəbul üçün Yasamal Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət edə bilərlər. Həmçinin aşağıdakı vasitələrdən də istifadə mümkündür:

📞 Baş Prokurorluq – (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48
📞 Bakı Şəhər Prokurorluğu – (012) 361-02-44
📧 contact@prosecutor.gov.az
🌐 Sosial şəbəkələrdəki rəsmi səhifələr (Instagram, Facebook, X)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki