image-2000x150px
image-5c50b4df158030998125839971410862300backend

Baş Prokurorluq və DİN birgə məlumat yaydı: QATİL TUTULDU

image-728x90px

Bakıda 19 yaşlı oğlanı qətlə yetirən gənc tutulub.

Doğru.Az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, iyunun 09-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki