image-n1karobka_ads
image-123
image-17476402914810943723_1200x630backend

Baş Prokurorluq və Qarabağ Universitetindən birgə hüquqi təşəbbüs – FOTO

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Görüş zamanı o, “Cinayət məsuliyyətindən və cəzadan azad etmə” mövzusunda ustad dərsi keçib.

Universitetdən Doğru.az-a verilən məlumata görə, tədbir tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək məqsədi daşıyıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bu görüş Qarabağ Universiteti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub. Tərəflər belə maarifləndirici tədbirlərin davamlı olacağını bildiriblər.

Qeyd edək ki, Qarabağ Universiteti həm də Baş Prokurorluğun təşəbbüsü ilə icra olunan “ECOLEAD” layihəsinin tərəfdaşıdır.

DOĞRU.AZ

image-17476402913063824544_1200x630 image-17476402913217140637_1200x630 image-17476402911180817173_1200x630 image-17476402914779264433_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki