image-ads_n1karobka_mobile
image-1549583-1backend

​Başçı işləməyinin 20 ili tamam oldu – FOTO

image-add-a-heading

Azərbaycanın ən stajlı icra başçılarından biri də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. 65 yaşlı Qəzənfər Ağayev bu günə kimi ölkənin 3 rayonuna rəhbərlik edib.

Metbuat.az xəbər verir ki, Qəzənfər Ağayev 2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. Qəzənfər Ağayev 41 yaşında ikinci ali təhsilini tamamlayıb. O, 2002-ci ildə Azərbaycan İqtisad Universitetindən məzun olub.

İcra başçısı əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində tikinti trestində, 1987-1990-cı illərdə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən Bakı şəhərində “Xal-xal” kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.

Qəzənfər Ağayevin 2000-ci ildən sonrakı karyerası Bakı şəhəri ilə bağlıdır. 2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində işləyən Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlı rayon İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini postunu tutub. O, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı ilə kimi Yardımlı rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Bu gün Qəzənfər Ağayevin icra hakimiyyətinin başçısı işləməyinin 20 ili tamam olur.

Fotoda: Qəzənfər Ağayev

image-2401b55a6e-cdd


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki