image-n1karobka_ads
image-123
image-66fd7dd0ae5ac90e2e252b0bbackend

Bayden İsrailə hücumdan sonra G7 liderləri ilə İrana qarşı yeni sanksiyaları müzakirə edir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Co Bayden G7 ölkələrinin liderləri ilə İsrailə hücuma cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edib, Ağ Ev bildirib.

“Bayden İranın İsrailə qarşı qəbuledilməz hücumunu müzakirə etmək və yeni sanksiyalar da daxil olmaqla, hücuma cavab hazırlamaq üçün G7-nin çağırışında iştirak edib”, – press-relizdə deyilir.

Bundan əvvəl Pentaqon İranın İsrailə hücumunu “qeyri-adi təcavüz aktı ” adlandırmışdı.

Oktyabrın 1-i axşam saatlarında İran HƏMAS və Hizbullah liderlərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavininin öldürülməsinə cavab olaraq İsrailə raket hücumu həyata keçirib.

İsrail ordusu İranın hücumunun nəticələrinin olacağı ilə hədələyib.

Mənbə TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki