İki dövlətli həll Yaxın Şərqdəki vəziyyətin yeganə yekun həllidir. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden San-Fransiskoda APEC sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqların yekunu üzrə mətbuat konfransı zamanı deyib.
“Mən Binyamin Netanyahuya və onun hərbi kabinetinə açıq şəkildə bildirdim ki, yeganə yekun cavab iki dövlətli həlldir”.
Ağ Ev rəhbərinin sözlərinə görə, “İsrailin Fələstin HƏMAS hərəkatının əvvəlki kimi davranacağı faktı ilə üzləşməli olacağından narahat olmadan danışa bilmək” məqamına nail olmaq lazımdır.
Mənbə: Report