image-n1karobka_ads
image-123
image-17574919362474850071_1200x630backend

BDYPİ sürücülərə dayanma-durma qaydaları ilə bağlı xəbərdarlıq etdi

image-ad_qayo_720x110px

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dayanma-durma qaydalarının tələblərini pozan sürücülərə xəbərdarlıq edib.

Doğru.az xəbər verir ki, İdarənin mətbuat xidmətinin məlumatına görə, paytaxtda və bölgələrdə nəqliyyat vasitələrinin sayının artması yol hərəkətində intizamın qorunmasını daha da vacib edir. Bildirilib ki, parklanma və dayanma-durma qaydalarına əməl olunmaması bir sıra problemlərə gətirib çıxarır: hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşır, nəqliyyat axını ləngiyir, sıxlıq yaranır və qəza riski artır.

Sürücülərə müraciət edən BDYPİ onların avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalarını, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə mane olmamalarını xatırladıb. “Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur”, – açıqlamada qeyd olunub.

İdarə bütün sürücülərə çağırış edib ki, parklanma və dayanma-durma qaydalarına ciddi əməl edilsin, yol hərəkətində intizam qorunsun və tıxaclarla yanaşı qəzalara səbəb ola biləcək hallar minimuma endirilsin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki