Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.
Doğru.az xəbər verir ki, idarə magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsinin qəza ehtimalını artırdığını vurğulayır.
Müraciətdə sürücülərə yol çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyətini yoxlamaq, sürət həddinə əməl etmək, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək tövsiyə olunur.
BDYPİ bir daha diqqətə çatdırır ki, yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyətlə yanaşı, ağır qəzalar və insan itkisi ilə nəticələnə bilər.
DOĞRU.AZ